Xidmətin verilməsi, Şəxsi Məlumatların Toplanması və Saxlanılması Barədə
RAZILAŞMA
Bir tərəfdən Xidmətlər (təlim, seminar, vebinar, marafon, klub fəaliyyəti, retreat, fərdi görüş, sessia, qrup sessiası və s.) – canlı və ya online, həmçinin ödənişli və ya ödənişsiz xidmətlər verən Azerbaijan Quantum and Coaching Cooperation MMC (VÖEN:1306917041)-nin direktoru İlahə Adil qızı Allahverdiyeva (bundan sonra “Xidməti verən”), digər tərəfdən bu xidmətləri alan iştirakçı, fiziki şəxs (bundan sonra, “Xidməti alan”) bu Razılaşma mətnini oxuyaraq qarşılıqlı razılığa gəldilər.
Xidməti verən üzərinə aşağıdakı öhdəlikləri götürür:
Bildirir ki,
– Xidmətlərimiz (təlim, seminar, vebinar, marafon, klub, retreat, fərdi görüş, sessia, qrup sessiası və s.) 18 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulmuş mənəvi şəxsi inkişaf fəaliyyətidir. Xidməti alanların şəxsi potensialının üzə çıxarılması, yaşam hədəflərinin düzgün müəyyən edilməsi və s. bu kimi sahələrdə məsləhətlərin verilməsi, fərdi olaraq mənəvi inkişafına töhfə vermək, məsləhət vermək, həmçinin xidməti alanın daha yaxşı əhval ruhiyyədə olmasına motivasiya etmək üçün nəzərdə tutulub.
– Xidmətlərimizin heç bir dini, irqi, irsi, milli, siyasi və s. fəaliyyətə, inanca və s. aidiyyatı, təbliği, bağlılığı və s. yoxdur.
– Xidmətlərimiz tibbi müayinə, müalicə və reabilitasiya üçün nəzərdə tutulmayıb. Hamilə qadınlar, ruhi, psixoloji, nevroloji, narkoloji xəstəliyi olan, hər hansı tibbi xəstəlik diaqnozu olan və tibbi xəstəliyə görə müalicə alan şəxslərə xidmət verilmir. Bu halları gizlədib, xidmət alanlara görə xidməti verən heç bir halda məsuliyyət daşımır.
– Xidmətlərdə tövsiyyə edilən məlumat, material və s.-nin xidməti alanın özünə və başqalarına tətbiq etməsi, tövsiyyə etməsi, məsləhət verməsi və s. istifadəsi xidməti alanın öz qərarıdır və buna görə xidməti verən heç bir halda məsuliyyət daşımır.
– Xidməti alanın özünə və digərlərinə verdiyi xidmətlərə görə xidməti verən heç bir halda, heç bir zaman məsuliyyət daşımır.
– Xidməti verən, xidməti alanın şəxsi məlumatlarını (ad, soyad, əlaqə nömrəsi və e-mail) toplaya və saxlaya bilər, o halda ki, şəxsi məlumatları və hər hansı bir fərdi görüş sessiyasının məzmununu gizli saxlayacaq. Xidməti verən xidməti alana növbəti xidmətlər barədə məlumat göndərə bilər. Xidmət zamanı istifadə edilən yazı qeyd vasitələri adsızlaşdırılır və müvafiq qaydada ləğv edilir. Xidməti alanın razılığı olmadan heç bir məlumat üçüncü tərəflərə verilə bilməz. Bu şərt qanuni məcburiyyətlərə aid deyil.
– Xidmət öncədən qeyd olunan tarix və saatda verilir, digər vaxtlara şamil edilmir. Xidmət üçün ödənilmiş ödəniş xidmət başladıqdan sonra geri qaytarılmır.
– Xidmət prosesi xidmət verənin komandası ilə bərabər təşkil edilə bilər.
– Təlim xidmətlərinin sonunda sertifikat təqdim edilə bilər. Təlimlər üçün təqdim edilmiş sertifikat bu təlimi aldığınızı göstərir. Sahibkarlıq fəaliyyəti Azərbaycan Respublikasının və ya yaşadığınız ölkənin qanunları ilə tənzimlənir.
Xidməti alan öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
Bildirir ki,
– Xidmət barədə ətraflı məlumata malikdir, heç bir təsir altında qalmadan, öz şəxsi təşəbbüsü ilə, könüllü olaraq xidməti alır.
– Xidməti alanın xidməti almaq üçün ödədiyi vəsait xidməti alanın özünə, həyat yoldaşına, ailə üzvlərinə, yaxın qohumlarına, tanışlarına, öz və yaxınlarının bank kartlarına və s. məxsusdur. Xidməti almaq üçün ödədiyi bu vəsait və aldığı bu xidmət barədə həyat yoldaşı, ailə üzvləri, yaxın qohumlar, tanışlar, kart sahibi və s.-nin məlumatı və razılığı vardır.
– Xidmət öncədən qeyd olunan tarix və saatda verilir, digər vaxtlara şamil edilmir. Xidmət üçün ödənilmiş ödəniş xidmət başladıqdan sonra geri qaytarılmır.
– Xidməti alan xidmətlərin tibbi müayinə, müalicə və reabilitasiya üçün nəzərdə tutulmadığını bilir. Ruhi, psixoloji, nevroloji cəhətdən sağlamdır, narkoloji xəstəliyi yoxdur, hamilə deyil, hazırda heç bir xəstəlik diaqnozu yoxdur və heç bir müalicə almır.
– Xidməti alan xidmətin şəxsi potensialının üzə çıxarılması, yaşam hədəflərinin düzgün müəyyən edilməsi və s. bu kimi sahələrdə məsləhətlərin verilməsi, fərdi olaraq mənəvi inkişafına töhfə vermək, məsləhət almaq, həmçinin xidməti alanın daha yaxşı əhval ruhiyyədə olmasına motivasiya etmək üçün nəzərdə tutulduğunu qəbul edir.
– Xidmətlərdə məsləhət görülən, tövsiyyə edilən məlumat, material və s.-nin öz üzərində və ya başqalarına tətbiq edilməsinin öz qərarı olduğunu və buna görə xidmət verənin məsuliyyət daşımadığını qəbul edir.
– Xidməti alan özünə və başqalarına verdiyi xidmətlərə görə xidməti verənin heç bir halda, heç bir zaman məsuliyyət daşımadığını qəbul edir.
– Xidmətə qoşularkən təqdim etdiyi şəxsi məlumatların (ad, soyad, əlaqə nömrəsi və e-mail) saxlanmasına və növbəti xidmətlər barədə məlumatlar almasına etiraz etmir. Xidməti verən, xidməti alanın şəxsi məlumatlarını (ad, soyad, əlaqə nömrəsi və e-mail) toplaya və saxlaya bilər, o halda ki, şəxsi məlumatları və hər hansı bir fərdi görüş sessiyasının məzmununu gizli saxlayacaq. Xidməti verən xidməti alana növbəti xidmətlər barədə məlumat göndərə bilər. Xidmət zamanı istifadə edilən yazı qeyd vasitələri adsızlaşdırılır və müvafiq qaydada ləğv edilir. Xidməti alanın razılığı olmadan heç bir məlumat üçüncü tərəflərə verilə bilməz. Bu şərt qanuni məcburiyyətlərə aid deyil.
– Xidmət prosesi xidmət verənin komandası ilə bərabər təşkil edilə bilər. Buna etiraz etmir.
– Xidmət zamanı video çəkiliş və səs yazmanın qadağan olduğunu bilir.
– Bu razılaşmada qeyd edilən halların pozulması, gizlədilməsi halında üzə çıxan hər hansı bir halda indi və gələcəkdə xidməti verənin heç bir məsuliyyət daşımadığını qəbul edir.
Əlavə Qeydlər
– Bu Razılaşmada qeyd edilən bütün hallar əcnəbilərə də aiddir.
– Xidmətlərimizdə qeydiyyatsız olaraq iştirak edən, müşahidəci və ya dinləyici olaraq kənardan qatılan şəxslərə xidmət göstərilmir (xidmət göstərilmiş hesab olunmur) və onların xidmətlərdə iştirakına icazə verilmir.
Bu Razılaşma Xidmətin göstərilməsi (Xitmətin başlanması, Xidmət prosesi və Xidmət müddəti barədə) Xidməti verən ilə Xidməti alan arasında qarşılıqlı razılığa əsasdır.